İşin təsviri
Vəzifə öhdəlikləri:
- Malların alınması üzrə müəssisənin tətbiq etdiyi alış siyasəti, proseduraları, standartları və müəssisənin daxili və xarici müştərilərin tələblərinin təmin olunması məqsədi ilə alınması üçün sifariş verilmiş məhsulların alınması, sifariş olunmuş malların və xidmətlərin təhvil verilməsi, gömrük sənədləşdirməsi və müəssisənin tədarükçülərinə müvafiq ödənişlərin edilməsi də daxil olmaqla alış şöbəsi ilə əlaqədar olan fəaliyyətlərini planlaşdırır, müəyyənləşdirir və nəzarət edir;
- Şöbələrin ehtiyacları barəsində məlumat əldə etmək və məhsulların alınması üzrə məsuliyyət daşıyan heyətin həmin şöbələrə kömək təklif etmək, onların ehtiyaclarını müvafiq qaydada təmin etmək və şöbələrin etdikləri sifarişlərin vəziyyəti, axtarılması və s. barəsində məlumatlandırmaq üçün Şöbə Rəhbərləri ilə birlikdə işləyir;
- Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq;
- Malların alınması üzrə məsul olan Şöbənin tədarükçülərinin siyahısı və xərclərinin təmin olunması, bütün sifarişləri təmin etmək üçün sistemə nəzarət etmək, itkilər və dəyən ziyanlar üzrə iddialar haqqında hesabat vermək kimi iş fəaliyyətinə nəzarət olunmasını və yoxlanışını həyata keçirir;
- Alınmış sifarişlər üzrə Tədarükçülərlə hesablaşmaların müəyyən olunmuş qaydada aparılmasını təmin etmək üçün bütün ödəniş qəbzlərini yoxlayır;
- Müəssisə məhsulların və xidmətlərin müntəzəm olaraq təchiz edilməsini təmin etmək üçün yerli və beynəlxalq tədarükçülərlə yaxşı iş əlaqələri yaradır;
- Qiymətləri öyrənmək, bazarlara və tədarükçülərə baş çəkmək və ticarət yarmarkalarında iştirak etməklə yerli bazarlarda nələrin əldə edilməsinin mümkün olması haqqında məlumat əldə edir;
- Hər zaman alınmış məhsulların çatdırılması və paylanmasını xərclərə nəzarət bölməsi ilə birlikdə müəyyənləşdirir;
- Yerli rəsmi orqanlarla, gömrük xidməti və vergilər agentliyi ilə daimi əməkdaşlıq etmək və yeni məlumatlar əldə etmək üçün iş münasibətləri qurur;
- İclaslarda iştirak etmək, alınmış məhsullar üzrə aylıq təhlil hesabatının hazırlanması və çalışdığı vəzifə ilə əlaqədar digər vəzifələr kimi bir sıra administrativ vəzifələr toplusunu həyata keçirir;
- Bütün potensial və real ziyanı müəyyən etmək, onlar haqqında hesabat vermək və dərhal aradan qaldırılması istiqamətində addımlar atır;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş aidiyyəti digər vəzifələri həyata keçirir.
Namizədlərdən əsas tələb:
- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office - əla;
- Dil bilikləri: Ingilis, Rus dili - əla;
- Minimum təcrübə: sahə üzrə 2-3 il;
- CİPS sertifaktının olması üstünlükdür
Fərdi keyfiyyət göstəriciləri:
- Etibarlılıq və dürüstlük;
- Dəqiqlik və detallara diqqətlilik;
- Operativlik;
- Nəticə yönümlülük;
- Komandada işləmək bacarığı.