Satınalma üzrə mütəxəssis

  • Delta Group
  • Elanın qoyulma tarixi: 16.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş məkanı: Sumqayıt 

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)
  • İş təcrübəsi: Satınalma sahəsində ən azı 2 il iş təcrübəsi 
  • Dil bilikləri: Azərbaycan (əla), ingilis (əla), rus (yaxşı)
  • Kompwter bilikləri:  MS Office programları üzrə biliklər
  • Digər: 1 C, SAP və ya oxşar ERP sistemlərdə işləmək bacarığı.

Vəzifədən gözləntilər: 

  • Satınalma sifarişlərinin idarə edilməsini həyata keçirmək (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Bazarın təhlili, tələb olunan malların daxili və xarici bazarda araşdırılması
  • Satınalmanın daxili prosedura uyğun təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması.
  • Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi, 
  • Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi.
  • Tender komissiyasının işini təşkil etmək, tender sənədlər paketinin hazırlamalı, tender prosesini təşkil etməlidir.
  • Xarici satınalmaların təşkili və yerinə yetirilməsi.
  • Satınalma və tender prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması.
  • Hesabatların hazırlanması və təqdim edilməsi

Vəzifə üzrə səriştələr:

  • Satınalma müqavilələrinin tərtibatı haqqında ümumi anlayış;
  • Analitik düşünmə bacarığı;
  • Təhlil etmə bacarığı;
  • Tenderlər sahəsində təcrübə;
  • Planlama və Təşkilatçılıq;
  • Bazar, rəqabət, fürsət və təhlükələri görmə;
  • Qiymətləndirmə bacarığı;
  • Tədarükçülərlə iş bacarığı.

İş Şərtləri:

  • Əmək haqqı: Razılaşmaya uyğun olaraq
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Var
  • Yemək: Var

Maraqlananların emaildə “Satınalma üzrə mütəxəssis” yazaraq CV-lərini göndərməyi xahiş olunur.

Email: [email protected]

İşəgötürənin reytinqi