Marketinq şöbəsinin müdiri
Əsas öhdəliklər
1. Sığorta məhsulunun və sığorta şərtlərinin rəqibliyinə dair marketinq tədqiqatları, monitorinq, sığorta bazarının analizi.
2. Yeni sığorta məhsullarının yaradılmasında iştirak.
3. Xarici kontragentlərlə əməkdaşlıq və onlarla münasibətlərin idarə olunması (reklam şirkətləri, ictimai əlaqələr agentlikləri, nəşriyyatlar,dizayn şirkətləri).
4. Satışın analizlərini etmək və rəqiblərlə müqayisəli analizləri raportlamaq
5. Biznesin İnkişafı üçün layihələr hazırlamaq və təkliflər vermək
6. Reklam aksiyalarının həyata keçirilməsi, sərgilərin təşkili.
7. İctimai əlaqələrin təşkili.
8. KİV-ə şirkət haqqında məlumatlar vermək və onların yayımına nəzarət.
9. Brendin irəli çəkilməsi.
10. Marketinq tədbirlərinin büdcəsinin formalaşdırılmasında iştirak.
11. Şirkətin məhsulunun imicinə nəzarət.
12. Hesabatların hazırlanması.
Tələb olunan biliklər
Təhsil: Ali təhsil.
İş təcrübəsi: Müxtəlif sahələrdə 3 il iş təcrübəsi, marketinq sahəsində təcrübə.
İş üçün lazım olan xüsusi və peşakar biliklər:
1. Marketinq sahəsini bilməli.
2. İşgüzar danışıq aparma bacarığı
3. Dillər: yüksək səviyyədə yazılı, şifahi Azərbaycan,İngilis və Rus dilləri.
4. MS Office proqramlarından istifadə bacarığı.
Na email - [email protected]