Anderraytinq şöbəsinin Müdiri

  • Qarant Sigorta
  • Elanın qoyulma tarixi: 03.08.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:


1. Departamentin strateji idarə olunmasını təmin etməli, şirkətin anderraytinq və təkrarsığorta siyasətini mənfəətli etmək məqsədilə, tabeçiliyində olan strukturların işini təşkil etməlidir.  

2. Şirkətin anderraytinq və təkrarsığorta siyasətini işləyib hazırlamalı, bütün sığorta növləri üzrə zərərliliyi və anderraytinq mənfəətini planlaşdırmalıdır.

3. Tabeçiliyində olan strukturların əməkdaşlarının güclü və zəif tərəflərini müəyyən etmək məqsədi ilə effektiv hesabat və qeydiyyat sistemini hazırlamalı və tətbiq etməlidir.

4. Satış Departamenti və Marketinq Şöbəsi ilə birlikdə yeni paket təkliflərinin və yeni sığorta məhsullarının hazırlanmasını təşkil etməlidir.

5. Daxil olan təkrarsığorta üzrə planın yerinə yetirilməsini həyata keçirməli və bu prosesə nəzarət etməlidir.

6. Gələcəkdə Departamentin fəaliyyət prosesinə tətbiq etmək məqsədi ilə yeni anderraytinq və təkrarsığorta metodlarını öyrənməli və tətbiq etməlidir. 

7. Departamentin əməkdaşları arasında müxtəlif treninq və məşğələlərin keçirilməsini təşkil etməlidir.

8. Departament daxilində yeni kadrların seçimini və perspektivli kadrların saxlanmasını həyata keçirməli. Effektiv komanda Rəhbəri olmalı və departament əməkdaşları arasında ən yüksək səviyyədə komanda ruhu yarada bilməlidir.

9. Departamentinin gündəlik işinə rəhbərlik və anderraytinq üzrə yaranmış bütün sualların operativ həlli
        

Tələblər:

• İdarəetmə hesabatlarının dəqiq və vaxtında tərtib edilməsi;
• Profil üzrə 2 ilə qədər iş təcrübəsinə malik olmalıdır;
• Risklərin idarə olunması metodologiyasını, daxili nəzarətin əsaslarını bilmək;
• Risklərin aşkar edilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə praktiki təcrübə;
• İnformasiyanın böyük həcmlərinin təhlil edilməsi bacarığı;
• Faktların şifahi və yazılı şəkildə səlis və aydın şərh edilməsi bacarığı;
Dilləri bilmək: Azərbaycan, İngilis və Rus dillərini sərbəst bilməli;
• MS Office (Word, Excel, Power Point) ofis proqramlarını bilmək;
• CV-ni təqdim edən şəxslərin məxfiliyi qorunacaqdır.

Rezümeni elektron poçtla aşağıdakı ünvana göndərməli:

[email protected] 

(CV-ni vakansiyanın adını göstərməklə göndərməli)