Risklərin idarə edilməsi departamentinə baş mütəxəssis

  • Qarant Sigorta
  • Elanın qoyulma tarixi: 26.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Qarant Sığorta” ASCRisklərin idarə edilməsi departamentinə baş mütəxəssis” vəzifəsinə işə qəbul elan edir. Namizəd ali tibbi təhsilli olmalı, Azərbaycan,rus dillərini əla, ingilis dilini yaxşı bilməli, MS Office proqramlarında işləməyi bacarmalıdır. Tibb sahəsində, eləcə də sığorta sektorunda iş təcrübəsinin olması vacibdir.

- Anderraytinq şöbәsinin müdirinin başçılığı ilə sığorta məhsulları və proqramları (təminat qeydiyyatı prosesinin avtomatlaşdırılması) hazırlayır.   
- Daxil olan sorğular üzrə təminatların və sığorta şərtlərinin müəyyənləşdirilməsini həyata keçirir (tariflərin təyin olunması, sığorta şərtlərinin müəyyən edilməsi, sığorta təklifinin hazırlanması).
- Müvafiq sığorta növləri üzrə Sənədlər bazasının hazırlanmasını və daim təkmilləşdirilməsini təmin edir.  
- Sənəd dövriyyəsi prosesində iştirak edir: kvotaları hazırlayır, təyin olunmuş tarif dərəcəsinin, azadolma məbləği və sığorta şərtlərinin düzgünlüyünü qabaqcadan yoxladıqdan sonra sığorta şəhadətnamələrin buraxılışına nəzarət edir və buna ehtiyac olduqda, müvafiq düzəliş və təshihləri əlavə edir.  
- Təşkilatın daxili nizam-intizam qaydalarına qaydalarına riayət etmək;
- Şirkətdə qəbul olunmuş kommersiya sirrinin saxlanılması rejiminə əməl etmək;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir. Digər şərtlər müsabiqəni keçmiş işçilərlə müzakirə olunacaq.

Maraqlananlar öz CV formalarını [email protected] elektron poçt  ünvanına göndərə bilərlər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir.