İşin təsviri
                
                
                                
                Əsas vəzifə öhdəlikləri:
	- İşə yeni qəbul olan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq;
 
	- Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görmək;
 
	- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin görülməsi;
 
	- İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsi;
 
	- Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi; 
 
	- Yanğın təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi;
 
	- İş şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
 
	- Qanunvericiliyə uyğun sənədləşmə prosesinin həyata keçirilməsi;
 
	- İşçilərə maarifləndirici nəzəri və praktiki SƏTƏM təlimlərinin keçirilməsi
 
	- Mütəmadi hesabatların hazırlanıb, rəhbərliyə təqdim edilməsi
 
Vəzifə üzrə səriştələr:
	- Analitik düşünmə bacarığı;
 
	- Təhlil etmə bacarığı;
 
	- Qiymətləndirmə bacarığı;
 
	- Detallara diqqət yetirmə;
 
	- Məsuliyyətli və intizamlı;
 
	- Problem həll etmə;
 
	- Çeviklik
 
İş Şərtləri:
	- Əmək haqqı: Razılaşmaya uyğun olaraq
 
	- İş rejimi: 5 gün (həftəiçi)
 
	- İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129
 
	- Əlavə üstünlüklər: Nahar, servis (Bakı və Sumqayıt şəhərindən) və telefon limiti 
 
Tələblər:
	- Təhsil səviyyəsi: Ali təhsil (Texniki sahə üzrə)
 
	- İş təcrübəsi: SƏTƏM sahəsində 1 il 
 
	- Dil bilikləri: Rus dili (orta), ingilis dili (orta) 
 
	- Kompyuter bilikləri:  MS Office programları üzrə biliklər  
 
	- Təlim və kurslar: SƏTƏM üzrə sertifikatların olması əlavə üstünlükdür
 
Maraqlanan şəxslərdən CV-lərini  “Sətəm üzrə mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur.
Email: [email protected]