Marketinq meneceri

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 14.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Marketinq layihəsinin plan və büdcəsinin hazırlanması;
  • Məhsul marketinqi çərçivəsində təkliflər vermək və layihələr hazırlamaq;
  • Ümumilikdə şirkətin strateji marketinq planlarının həyata keçirilməsi;
  • Filiallarda brend qaydalarının düzgün tətbiqi və nəzarəti;
  • Outdoor və indoor reklam yerlərinin müəyyən edilməsi;
  • Reklamın effektivliyinin ölçülməsi;
  • Şirkətin strategiyası çərçivəsində,bazar şərtləri və müştəri ehtiyaclarına uyğun olaraq yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Bazar araşdırması aparmaq.

Səlahiyyətlər:

  • Daxili prosedurlara və qaydalara uyğun olaraq CRM və digər proqram təminatlarından istifadə etmək, fəaliyyət nəticələrini tələb olunan proqramlarda qeyd etmək;
  • Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qabaqcadan birbaşa rəhbərinə məlumat vermək;
  • Təşkilatın daxili nizam–intizam qaydalarına, korporativ və etik davranış normalarına daima riayət etmək;
  • Şirkət məhsulu haqda məlumatlara sahib olmaq və ehtiyac olduğu təqdirdə müraciət edən şəxslərə (potensial müştərilərə) məlumat təqdim etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil (marketinq və biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsinə üstünlük verilir)
  • Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək;
  • Müştəriyönümlü olmaq və münaqişələri həll etmək;
  • Analitik və sistemli düşüncə;
  • Güclü liderlik və komandada işləmə bacarığı

İş şəraiti:

  • Ünvan: Ziya Bünyadov pr. Çinar Park Biznes mərkəzi (Nərimanov m.)
  • Bazar ertəsi - Cümə: 8:30 - 17:30;
  • Əmək haqqı - 1400-1800 AZN (xalis)

Maraqlanan namizədlər mövzu yerində “Marketinq meneceri” yazmaqla öz CV-lərini ünvanına göndərə bilərlər.

Email: [email protected]

İşəgötürənin reytinqi