Maliyyə şöbəsinin baş mütəxəssisi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 11.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil olunmasında iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək
  • Maliyyə bazarlarındakı dəyişikliklərlə bağlı müvafiq təhlillər aparmaq
  • İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək
  • Maliyyə bazarlarında mövcud olan yeni investisiya imkanlarını mütəmadi əsasda izləmək
  • Müvafiq Birja əməliyyatlarının aparılmasında və ticarət sonrası hesablaşmalara nəzarət edilməsində iştirak etmək
  • Hecinq və digər törəmə maliyyə alətləri üzrə müvafiq əməliyyatların həyata keçirilməsində iştirak etmək
  • Cəmiyyət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi
  • Sektorun fəaliyyəti ilə bağlı müvafiq arxivləşmə işlərini təmin etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
  • ACCA F3,F7 və ya Dipfr və ya CİMA F1, F2 olan namizədlər arzuolunandır;
  • Problem həll etmə, analitik düşünmə, təqdimat və komanda işə işləmə bacarığı;
  • Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;(Excel əla səviyyədə)
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini;
  • Beynəlxalq Maliyyə Hesabatları Standartlarını;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;

 

https://careers.azergold.az/vakansiya/bas-mutexessis-maliyye-sobesi-hesabatliliq-sektoru

İşəgötürənin reytinqi