Maliyyə departamentinin Mühasibi

  • NBCO KredAqro
  • Elanın qoyulma tarixi: 16.02.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

"KredAqro" CJSC NBCO

Maliyyə departamentinin Mühasibi.

 

İşçi aşağıdakı bacarıqlara malik olmalıdır

 

Uçot haqqında qanunvericilik aktları, Mühasibat uçotunun təşkili və hesabatların tərtibi məsələlərini;

Banklar və bank fəaliyyəti haqqında, Bank Olmayan Kredit Təşkilatları haqqında qanunlar, mülki, əmək, maliyyə, vergi qanunvericiliyi;

Kredit təşkilatlarında mühasibat uçotunun təşkili üzrə təlimat və qaydaları, onun aparılması qaydalarını;

Aparılan hesabları, əməliyyatları və məlumatların daxil edilməsini əsaslandırmaq və balansa almaqla bağlı mühasibat işlərini;

Pul vəsaitlərinin, əsas vəsaitlərin, əmtəə, maddi və digər qiymətlilərin qəbulu, mədaxili, saxlanması və silinməsi qaydalarını;

Debitor və kreditorlarla hesablaşmaların aparılması qaydalarını;

Mühasibat hesabatı və balanslarının tərtib edilməsi qaydaları və müddətlərini;

Maliyyə menecmentinin ümumi prinsip və mexanizmlərini.

 

Əsas öhdəliklər

 

Maliyyə Departamentinə ödəniş üçün daxil olmuş kredit sərəncamları və hesab fakturaların    düzgünlüyünü yoxlayıb müvafiq köçürmələr etmək;

Bank hesablarının qalıqları və aparılan əməliyyatları düzgün sənədləşdirmək, sığorta şirkəti ilə bağlı bütün əməliyyatları həyata keçirmək;

Əsas vəsaitlərin uçotunu apararaq onların filiallar arası hərəkətinə nəzarət etmək;

Gün ərzində aparılan əməliyyatların müxabirləşmələrini təşkilatın məlumat idarəetmə sistemində (MİS) vermək;

Filiallar tərəfindən MİS-ə daxil edilmiş müxabirləşmələri yoxlamaq;

MİS-də əməliyyat gününün bağlanmasına köməklik etmək;

Mərkəzi ofisin aylıq büdcə icrasını tərtib etmək;

Zəruri hallarda mühasibatlıq işinə kömək məqsədi ilə filiallara səfər etmək

Mühasibat uçotu ilə bağlı ona tapşırılmış işləri vaxtında, müfəssəl və səhvsiz yerinə yetirmək üçün yalnız yoxlanmış məlumatları MİS daxil etmək;

Təşkilata ödəniş üçün daxil olunmuş məlumatları yoxlamaq, bir-biri ilə müqayisə etmək və araşdırmaq;

Müəyyən düzəlişlər, əlavələr, və ixtisarlar etməklə daxil olmuş məlumatlar üzərində yenidən işləmək;

 

 CV pust posilayut na:  [email protected]