NBCO KredAqro


KredAqro, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda  Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Onun əsası,ACDI/VOCA (Kənd Təsərrüfatının Kooperativ İnkişafı) ABŞ-ın qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı və Azərbaycan Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsinin içraçısı tərəfindən qoyulmuşdur. Kredaqro, bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi KredAqro-nun təsisçisi olan  ACDI/VOCA –ya KredAqro-nun tam mülkiyyət hüququnu vermişdir.

Kredit əməliyyatların aparılması üçün KredAqro-ya Azərbaycanın Mərkəzi Bankı tərəfindən müddətsiz Xüsusi icazə (lisenziya) verilmişdir.

KredAqro, 2006 və 2008-ci illərdə müvafiq olaraq, “BBB” və “A-“, mikromaliyyə üzrə beynəlxalq reytinq agentliyi olan “Mikrofinanza” tərəfindən  qiymətləndirilmişdir.  2008 –ci il reytinqi,  KredAqronun öz maliyyə öhdəliklərini yerinə yetirmək üçün güclü potensiala sahib olduğunu, onun çox yaxşı fəaliyyətlərinin olmasını və hətta  xarici və daxili hadisələrin təsiri zamanı  belə onun öz stabilliyini qoruduğunu təsdiq etmişdir. KredAqro, Azərbaycanda belə yüksək beynəlxalq reytinq almış ilk bank olmayan kredit  təşkilatıdır.

2018-ci ildə KredAqro-nun təsisçisi olan ACDİ/VOCA şirkəti öz iştirak payının 100%-ni Rusiya Federasiyanın “AqroMostFinans” şirkətinə satmışdır və həmin ildən “AqroMostFinans” KredAqro-nun yeganə sahibidir.

Bu illər ərzində, KredAqro Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK),  ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), ACDI / VOCA və digər təşkilatlardan texniki yardım alımışdır. O, beynəlxalq investorların inamını qazanmış və BlueOrchard, İnkişaf edən Dünya bazarları (DWM), Qlobal Mikro –maliyyə Təsisatı (GMF), BMK (İFC), İncofin, KFW, MicroVest , Symbiotics, Oikocredit və Triple Jump kimi təşkilatlardan kredit almışdır.

KredAqro, mikro maliyyə sektorunun gücləndirilməsinə həsr edilmiş biznes məlumatlarının aparıcı təminatçısı  olan Mikromaliyyə İnformasiya Mübadiləsindən maliyyə və sosial şəffaqlıq üzrə bir sıra mükafatlar almışdır. KredAqro, 2008 və 2012-ci illərdə Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına verdiyi töhfələrinə görə  “Consulting and Business” jurnalının  İqtisadiyyat və Biznes sahəsində “UĞUR” Milli Mükafatına layiq görülmüşdür.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?