HR Menecer

İşin təsviri

“KredAqro” BOKT MMC korporativ mədəniyyətin inkişafına töhfə verəcək və əməkdaşların səmərəli idarə edilməsini təmin edəcək istedadlı HR meneceri axtarışındadır. Əgər insanlarla işləməyi sevirsiniz və şirkətin inkişafına dəstək olmağa hazırsınızsa — bu vəzifə məhz sizin üçündür!

Vəzifə və öhdəliklər:

  • Kütləvi və fərdi vakansiyaların bağlanması üçün əməkdaşların seçimi və işə qəbulu;
  • Menecerlərlə birgə əməkdaşların seçimi, adaptasiyası və saxlanılması ilə bağlı effektiv kommunikasiya qurmaq;
  • Müsahibələrin və bacarıq əsaslı müsahibələrin keçirilməsi, qiymətləndirmə proseslərinin aparılması;
  • Kadr sənədlərinin təşkili və sənəd dövriyyəsinə nəzarət;
  • Aktual ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanması və yenilənməsi;
  • Əməkdaşların əhval-ruhiyyəsini və məmnunluğunu izləmək, komanda atmosferini təhlil etmək və təkmilləşdirmə təklifləri vermək;
  • Korporativ tədbirlərin və daxili aktivliklərin təşkilində iştirak etmək.

Tələblər:

  • Ali təhsil (arzuolunandır: İnsan resurslarının idarə edilməsi, menecment və ya psixologiya sahəsində);
  • Oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi;
  • Kadr sənədləşməsi üzrə bilik və bacarıqlar;
  • Ünsiyyətcillik, təşəbbüskarlıq və detallara diqqətlilik;
  • Komanda ilə işləmək və korporativ mədəniyyəti qorumaq bacarığı.
  • Dil bilikləri: Azərbaycan və Rus dili — əla; İngilis və ya digər dillərin bilik səviyyəsi üstünlükdür.

HR menecer üçün əsas kompetensiyalar:

  • İşə qəbul: Müxtəlif səviyyəli vəzifələr üçün müstəqil şəkildə kadr seçimi və müsahibə aparmaq təcrübəsi;
  • Motivasiya: Əməkdaşların motivasiyası və işə bağlılığını artıran sistemlərin hazırlanması və tətbiqi bacarığı;
  • Ştat cədvəlinin hazırlanması: Ştat cədvəlini şirkətin tələblərinə uyğun qurmaq və yeniləmək bacarığı;
  • Vəzifə təlimatlarının hazırlanması: Aydın və detallı vəzifə təlimatları tərtib etmək təcrübəsi;
  • Adaptasiya: Yeni əməkdaşların adaptasiya prosesi, təlim və kollektivə inteqrasiya mərhələlərinin təşkili;
  • Kadr strategiyası: Şirkətin uzunmüddətli inkişafına yönəlmiş insan resursları strategiyalarının hazırlanması və həyata keçirilməsi bacarığı;

Biz təklif edirik:

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Rəqabətqabiliyyətli əməkhaqqı
  • Peşəkar mütəxəssislərdən ibarət komandada iş imkanı

İş şəraiti:

  • İş qrafiki: (Bazar ertəsi - Cümə / 08:30-17:30, tam ştat)
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
  • Korporativ nömrə 
  • Limitsiz çay, kofe və mehriban kollektiv
  • Şirkət hesabına əlavə təlim və inkişaf imkanları.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (HR menecer) qeyd etməklə göndərmələri xahiş olunur.