Müştəri xidmətləri üzrə baş mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 04.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi tələblər:

  • Ali təhsili olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • İngilis və Rus dili bilgisi olmalı;
  • Müştəri xidmətləri sahəsi üzrə 3 il iş təcrübəsi olmalı;
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
  • Mükəmməl təqdimat bacarığı olmalı.

İş haqqında məlumat:

  • Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri düzgün məlumatlandırmaq;
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq və məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək;
  • Daşınmaz əmlak layihələri üzrə işlərin təqibi və PDF təqdimatların hazırlanması;
  • Yeni müştərilərin axtarışı və cəlb olunması;
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatları zamanında təqdim etmək;
  • Daşınmaz əmlak bazarının öyrənilməsi və bankın satış strategiyasına uyğun müştərilərin cəlb edilməsi.

İş şərtləri: 6 iş günü

İş yeri: Dreamland.

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi