Təchizat üzrə kiçik mütəxəssis (Gilan Tekstil Park)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
  • Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
  • Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi;
  • Satınalma sifarişlərin açılması və icra olunması;
  • Yerli bazara baxış keçirilməsi;
  • Müqavilə və ödəniş sənədlərinin hazırlanması;
  • Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
  • Alışlara müvafiq rəylərin və təsdiqlərin alınması;
  • Alışların 1C proqramında işlənməsi;
  • Şirkətin təchizat siyasətinə uyğun təchizatçının seçilməsi;
  • Təchizat planına uyğun alışların həyata keçirilməsi;
  • Təchizatçılarla danışıqların aparılması, endirimlərin alınması;
  • Şirkətin ölkədaxili yüklərin daşınmasının təşkili və xidmət sonrası ödənişlərin edilməsinə nəzarət;
  • Şirkəti idxal (şifarişlər) və ixrac (satış) yüklərinin daşınmasının təşkili və xidmət sonrası ödənişlərin edilməsinə nəzarət;
  • Yüklər üçün nəqliyyat vasitələrini seçilib, araşdırmaq və prosesi idarə edilməsi;
  • Logistika üzrə tenderlərin keçirilməsi;
  • Ən optimal nəqliyyat yolunun təyin edilməsi.

Tələblər:

  • Minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan, türk və ingilis dillərini əla səviyyədə bilməli;
  • CIPS biliyi olmalı;
  • Alıcılarla ünsiyyət qurmaq bacarığı.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Sumqayıt şəhəri, Gilan Tekstil Parkı;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/job/techizat-uzre-kichik-mutexessis-sumqayit-gilan-tekstil-parki