ERP 1C İnzibatçısı

İşin təsviri

Təsvir:

  • 1C üzrə məlumat bazasının idarə edilməsi - Təkmilləşdirmələrin, yenilənmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına nəzarət,
  • 1C üzrə konfiqurasiyasının idarəedilməsi - Konfiqurasiyanın tətbiq sahəsinin cari tələblərə, şirkətin hesabat siyasətinə və qanunun tələblərinə uyğun olmasını təmin etmək, yeni konfiqurasiyaların yaranmasının, onun yenilənməsinin monitorinqini aparmaq,
  • 1C üzrə proqramlaşdırma layihələrinin icrası - Biznes proseslərinin 1C sisteminin imkanlarına uyğunlaşdırılması üçün texniki həllərin hazırlanması, proqram kodlaşdırmalarına nəzarət edilməsi, praktik istifadədə biznes proseslelərə və hesabatlığa uyğun olmasının təhlili, düzgün işləmədikdə kodda dəyişikliklərin edilməsi
  • 1C üzrə texniki dəstək - 1C istifadəçilərinə gündəlik yaranan problemlərin həllində dəstək olmaq

Tələblər:

  • Ali Təhsil - IT, Mühəndislik, Proqramlaşdırma ixtisasları üzrə
  • 1C proqramlaşdırma, texniki dəstək , proqram inzibatçılığı sahəsində minimum 2-3 il iş təcrübəsi
  • Texniki və istifadəçi sənədlərinin yaradılması üzrə biliklər
  • Elektron sənəd dövriyyəsi ilə bağlı biliklər
  • Alqoritmik düşüncə qabiliyyəti, problem həll etmə bacarığı
  • İşə sistemli yanaşma
  • Məsuliyyətlilik
  • Detallara diqqət yetirmə

Sosial imtiyazlar:

  • Könüllü tibbi sığorta
  • Nahar təminatı

 

https://glorri.com/agrofoodinvest/62eba8d9cdd73db05b8dbac7-ERP%201C%20%C4%B0nzibat%C3%A7%C4%B1s%C4%B1?sources=JobSearch

Agro Food Investments tərəfindən digər vakansiyalar