1C ERP administrator

  • AgroTrade Supply
  • Elanın qoyulma tarixi: 03.08.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil səviyyəsi: Proqramlaşdırma İT və ya texniki elmlər sahəsində Ali təhsilinin olması.
  • İş təcrübəsi: Proqramlaşdırma, İT sahəsində aşağıdakı tələblərə uyğun gələn vəzifədə 2 -3 il iş təcrübəsi.
  • Dil bilikləri: Azərbaycan (əla), ingilis (texniki səviyyə), rus (elementar səviyyə),türk(yaxşı)
  • Ezamiyyət: Tələb olunur

Vəzifədən gözləntilər:

  • Şirkətin əməkdaşlarının  proqram  təminatına  sürətli  və  fasiləsiz şəkildə qoşulması;
  • Bölmələr  arası  proqram  üzərində  məlumat gizliliyinin təşkil  olunması;
  • Kampaniyaların  düzgün  və zamanında  proqram təminatına  tanıdılması;
  • Əməkdaşların  proqram təminatından  effektiv istifadə  edilməsinə  köməklik  göstərməsi;
  • İşdən çıxan   əməkdaşın  program təminatına  olan giriş  icazələrinin  ləğv olunması;
  • Yeni  işə qəbul  olunan  əməkdaşa  vəzifəsinə  uyğun  olaraq proqram təminatında işləmək üçün təlimat vermək;
  • İstifadəçi adlarının  verilməsi;
  • Əlavə icazələrin verilməsi;
  • Hesabat , çap formaları və ekranlarda düzəliş edilməsi  və ya  yeni   bir  istəklə bağlı müraciət;
  • Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək və onların nəticəsi barədə təkliflər vermək;
  • İnformasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək;
  • 1С 8.3 informasiya sisteminin istifadəçi təminatı və dəstəklənməsi;
  •  İstifadəçilərin 1C-də yaranan problemlərini həll etmək və onları təlimləndirmək;
  • 1C bazasının işinin təhlili və optimallaşdırılması;
  • Verilənlər bazasının avtomatlaşdırılmış informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizlyinə nəzarət etmək;
  • 1C bazasının idarə edilməsi (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.).

Vəzifə üzrə səriştələr:

  • Problemləri həll etmə bacarığı
  • Məsuliyyətlilik
  • Ünsiyyət qurmaq bacarığı
  • Detallara fikir vermək qabiliyyəti
  • Analitik düşünmə

İş Şərtləri:

  • Əmək haqqı: Razılaşmaya uyğun olaraq
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: Var
  • Yemək: Var

Maraqlananların emaildə “1C ERP administrator” yazaraq CV-lərini göndərməyi xahiş olunur. 

Email: [email protected]