Mühasib

  • Buta Agro
  • Elanın qoyulma tarixi: 28.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi: 

  • Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qayimələri, aktları tərtib edir;
  • İşçilərin əmək haqlarını və digər ödənişlərini hesablayır;
  • Ezamiyyət hesabatlarının proqrama işlənilməsi və yoxlanılması;
  • Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edilməsi;
  • Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işləyir;
  • Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
  • Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlayır, müvafiq hesablar planına işləyir;
  • İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
  • mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir. 

 Tələblər: 

  • Ali təhsil (İqtisadiyyat, Mühasibat uçotu, Maliyyə ) 
  • ACCA (Mühasibat uçotu) sertifikatı 
  • Elektron Portalda və Vergi Məcəlləsi, Əmək məcəlləsi ilə  işləmək bacarığı
  • Dil biliyi: Azərbaycan dili və Rus dili (mütləq), İngilis dili (arzu olunan) 
  • Sahə üzrə 3 il iş təcrübəsi 
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
  • AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
  • Azərbaycan və rus dili yüksək, ingilis dili orta səviyyədə olmalı;
  • MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Məntiqi analiz qabiliyyəti yüksək olmalı;
  • Dürüst və vicdanlı olmalı;

İşə qəbulun təşkili prosesi:

  • 1-ci mərhələdə İQ test olunacaq. Test nəticələri 70%-in üstü olan namizədlər növbəti mərhələyə keçəcək. 
  • 2-ci mərhələdə Baş mühasib ilə görüşüləcək. 
  • 3-cü mərhələdə müəssisə rəhbəri ilə görüş həyata keçirilib, işə qəbul prosesi başladılacaq.

Təminatlar:

  • Əmək haqqı: 1200 AZN  
  • İş qrafiki: Həftə içi  5 gün 09:00-18:00. İstirahət günləri (şənbə və bazar) 
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
  • Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək. 
  • Ünvan: Bakı şəhəri, Nəsimi rayonu

Vakansiyaya uyğun namizədlər CV-lərini Mühasib başlığı ilə e-mail ünvanına göndərə bilər.

Əlaqədar şəxs: Səidə Ağayeva WhatsApp 050-268-45-95

Email: [email protected]