İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Nəqliyyat vasitələrinin,sürücülərin sənədlərini hazırlamaq və  nəqliyyat vasitəsinin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət etmək; 
 
	- Nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında rəhbərinə məlumat vermək;
 
	- Nəqliyyat vasitələrinin cərimələrinə nəzarət etmək ve cərimənin səbəbini analiz etmək;
 
	- Konteynerlərlə bağlı əməliyyatlara nəzarət etmək;
 
	- Sürücülər ilə hesabat aparmaq;
 
	- Yanacaq sərfiyyatı haqqında hesabat hazırlamaq;
 
	- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat vermək;
 
	- Nəqliyyat vasitəsində baş verə biləcək nasazlıqlarla bağlı mexaniki məlumatlandırmaq;
 
	- Sürücülərin iş qrafikini tərtib etmək,izləmək və koordinasiya etmək.
 
Namizəd üçün tələblər:
	- Ali və ya orta-ixtisas təhsilli;
 
	- 1 il iş təcrübəsi (müvaffiq sahə üzrə);
 
	- Azərbaycan və Rus dillərində sərbəst danışıq (İngilis dili arzu olunandır);
 
	- MS Ofis proqramlarından istifadə bacarığı;
 
	- Nəqliyyat vasitəsinin texniki xarakteristikasını bilməli;
 
	- Texnikanın istismarı normativini bilməli;
 
	- Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli;
 
	- Analitik təhlil etmə və problem həll etmə qabiliyyəti;
 
	- Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmalı.
 
Əmək Şəraiti:
	- AR-nın ƏM - nə uyğun sənədləşmə;
 
	- İş Rejimi: Həftənin 6 günü;
 
	- Ünvan: Sumqayıt şəhəri; 
 
	- Servis xidməti və nahar şirkət tərəfində qarşılanır.
 
Əmək haqqı: razılaşma yolu ilə.
Son müraciət tarixi: 28.08.2022
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “dispetçer” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.