İşin təsviri
İş yeri: 28 may, Qış parkının yanı
Vəzifə öhdəlikləri:
- Tikinti obyektləri üçün material və avadanlıqların logistikasının təşkil edilməsi;
- Daşımaların planlaşdırılması və nəqliyyat vasitələrinin koordinasiyası;
- Təchizatçılar və podratçılarla əlaqələrin idarə olunması;
- Anbar ehtiyatlarının uçotu və material axınının optimallaşdırılması;
- Logistika xərclərinin analizi və optimallaşdırılması yollarının hazırlanması;
- Daşınma sənədlərinin (faktura, waybill, sifariş formaları və s.) düzgün tərtibinə nəzarət;
- Tikinti sahələrinə materialların vaxtında çatdırılmasına nəzarət;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
- Ali təhsil (müvafiq sahələr üzrə – logistika, iqtisadiyyat, mühəndislik və s. üstünlükdür);
- Logistika və ya təchizat sahəsində minimum 3 il iş təcrübəsi (tikinti sektorunda təcrübə arzuolunandır);
- Yerli və beynəlxalq daşımalar, gömrük və logistika prosedurları haqqında biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel);
- Güclü təşkilatçılıq və analitik düşünmə qabiliyyəti;
- Komanda ilə işləmək və vaxtın idarə olunması bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərində ünsiyyət bacarığı üstünlükdür.
İş şəraiti:
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Logistika üzrə mütəxəssisi” Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.