HVAC sistemləri üzrə mühəndis

  • Systemair AZ
  • Elanın qoyulma tarixi: 27.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Təsdiqlənmiş planlar əsasında işin təşkilini təmin etmək;
  • Mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlıolaraq yoxlamaların həyata keçirilməsi, avadanlıqlarda texniki xidmətin aparılması, yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi;  
  • Avadanlıqların (yük hesabatlarının) soyutma-isitmə güclərinin, hava miqdarının və digər texniki parametrlərinin düzgün yoxlanılması;    
  • Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;   
  • Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
  • Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
  • Təmir işlərinin sənədləşdirilməsini təmin etmək;
  • Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
  • Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
  • Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.

Namizədə tələblər:

  • Havalandırma, isitmə və soyutma sistemləri mühəndisliyi üzrə bakalavr/magistr təhsili;
  • Təmir mühəndisi kimi sübut edilmiş iş təcrübəsi;
  • İstimə, soyutma və havalandırma sistemləri üzrə qabaqcıl biliklər;
  • Sistem sxemlərini oxuma bacarığı;
  • Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
  • Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
  • Yaxşı ünsiyyət və təlim bacarıqları;
  • İngilis dili biliyi;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Hesabat hazırlama və analiz etmə bacarığı;
  • Elektrik motorları ilə işləmə bacarığı;
  • Elektrik panelləri ilə işləmə bacarığı;
  • Hava tənzimləyici qurğularla işləmə bacarığı;
  • Soyutma sistemləri ilə işləmə bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını " HVAC sistemləri üzrə mühəndis" başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər. 

Email: [email protected]