Mühasib

  • Trawell Group
  • Elanın qoyulma tarixi: 19.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi (kassa mədaxil və kassa məxaric orderlərin yazılması );
  • Vergi qanunvericiliyinin tələbləri üzrə E-Qaimə fakturalarının ,VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Aylıq, rüblük və illik Vergi ( ÖMV, gəlir, mənfəət  və s.) , DSMF və Statistika və digər əlaqəli bütün hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi, Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması ;
  • Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
  • Lazımi müqavilələrin hazırlanması və yenilənməsi;
  • Maliyyə-Mühasibatlıq üzrə Program təminatı üzrə bütün Əməliyyatlarınn həyata keçrilməsi və sistemə daxil edilməsi;
  • Məzuniyyətlərin sistemləşdirilməsi, ərizələrin və ƏMR-ləşmələrin edilməsi;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkili;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Maliyyə Menecerinin tələb etdiyi bütün digər vəzifə öhdəlikləri;

Namizədə tələblər:

  • Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2-3 il professional iş təcrübəsi (Maliyyə-Consulting və Xidmət sahəsi üzrə fəaliyyət göstərən Şirkətlərdə təcrübə üstünlükdür);
  • AR Vergi və Əmək məcəlləsi üzrə və Milli mühasibat uçotu standartları biliklər və praktiki təcrübə;
  • E-gov.az, e-taxes.gov.az, e-sosial.az portallarda və həmçinin BTB Proqramı üzrə iş təcrübəsi;
  • Yüksək riyazi zəka və analiz etmə bacarığı və həll yönümlü olmaq;
  • Müqavilələrin hazırlanması üzrə təcrübə;
  • ERP- və digər bu kimi Maliyyə proqramlarında təcrübə üstünlükdür.
  • Microsoft Office proqramlarıda (xüsusilə Excel) praktiki olaraq yaxşı işləyə bilmək ;
  • Disiplin, məsuliyyət, fokslu və cəld işləmə qabiliyyəti yüksək, diqqətlilik və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq;
  • Əla Azərbaycan dili və praktiki İngilis dili;
  • ACCA -FA və digər ACCA və BM üzrə sertifikatlar üstünlükdür;

Təklif:

  • Rəsmi Əmək Müqaviləsi ilə Əmək haqqı Net: 800-1000 AZN +KPI Bonus (təcrübədən asılı olaraq);
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
  • Gənc, dinamik komandada lokal və qlobal startapların bir hissəsi olmaq.

Müraciət üçün emailə “Mühasib” başlığı ilə CV -lərinizi göndərə bilərsiniz. Yalnız tələblərə uyğun namizərdlər məqbul hesab ediləcəkdir.

Email: [email protected]

Son Tarix: 20.08.2022