Kimyaçı

  • Karvan L
  • Elanın qoyulma tarixi: 10.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Kimyəvi analizlərin aparılması, maddələrin kimyəvi tərkibinin müəyyən edilməsi, birləşmələrin kimyəvi quruluşunun öyrənilməsi, plana əsasən dəqiqlik, yüksək həssaslıq və analiz seçiciliyinin təyin edilməsi.
  • Xammalın keyfiyyətli və onun verilmiş məhsulun buraxılması üçün yararlılığının müəyyən edilməsi.
  • Yarımməhsulların tərkibinin tənzimlənməsi və tərkibinə nəzarət, hazır məhsulun keyfiyyətinin müəyyən olunması.
  • İstehsalatda tullantıların kimyəvi analizlərinin aparılması, ətraf mühitin təhlükəsizliyinə nəzarət.
  • Analitik kimyanın nəzəri əsaslarına əsasən vəsfi və miqdarı analizin aparılması.
  • İstifadə olunan üsullarla analizi mikroobyektlərdə (mikrokimyəvi analiz), nöqtədə, səthdə (lokal analiz), nümunədən asılı məsafədə (distansion analiz) axında fasiləsiz analiz və komponentin faza analizinin aparılması
  • Nümunələrin korlamadan aparılması və eləcə də kimyəvi birləşmələrin düzgün fazasının təyin olunması.
  • Kimyəvi analizlərin nəticələrinin riyazi hesablanmalarının həyata keçirilməsi,
  • İstehsalat prosesində məhsulların keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət etmək,
  • Labarotoriya proseduru və standartlarına uyğun müxtəlif maddələrlə işləmək bacarığı, 
  • Labarotoriyada olan cihaz və alətlərin, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilmək.

İş günləri: Həftənin 6 günü,  saatı: 9:00 – 18:00, şənbə qısaldılmış iş günü, istirahət bazar günü.

Namizədə tələblər:

  • Təhsil: Ali (Analitik Kimya sahəsində)
  • İş təcrübəsi: İstehsalat sahəsində azı 5 il
  • Dil bilikləri: Azərbaycan dili sərbəst (rus və ingilis dili arzuolunandır)
  • Kompüter proqramlarında işləmə bacarığı
  • Yaş həddi: 30-50
  • Əmək haqqı: Namizədin bilik və bacarığından asılı olaraq

Nahar şirkət tərəfindən verilir

Korporativ telefonilə təmin edilir

Ünvan: Bakı şəh. Babək pr.

Maraqlanan şəxslərdən  xahiş olunur ki CV formasını Azərbaycan dilində göndərsinlər . 

Müraciət etdiyiniz vakansiyanın adını email-in mövzu hissəsində (Kimyaçı) kimi yazaraq vakansiyaya müraciət edə bilərlərvakansiyaya müraciət edə bilərlər.

Tələblərin şərtlərinə cavab verməyən namizədlərin müraciətlərinə baxılmayacaq.

Email: [email protected]