İnsan resursları üzrə kiçik mütəxəssis

  • AZ FP Co LTD
  • Elanın qoyulma tarixi: 07.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə gözləntilər:

  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq
  • Ezamiyyə əmrlərinin ERP-yə işlənilməsi
  • Məzuniyyət və işəqəbul ərizələrinin ERP işlənilməsi, xəstəlik kağızlarının ERP işlənilməsi, mükafat və birdəfəlik ödənişlərin ERP işlənilməsi
  • Məzuniyyətin verilməsi uçotunu aparmaq və məzuniyyətin planlaması üzrə istifadə edilməsinə nəzarət etmək
  • Əmək kitabçalarının yazılması
  • Əmək müqavilələrinin doldurulması və tərəflərin arasında imzalanmasına nəzarət

Namizədə tələblər:

  • Ali təhsil
  • 1 ilədək uyğun sahədə təcrübə
  • Azərbaycan dili mükəmməl, İngilis dili arzuolunandır
  • MS Office ( Excel xüsusilə yaxşı səviyyədə) , 1C (ERP)

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İnsan resursları üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz