Korporativ Satış üzrə Mütəxəssis

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri axtarışı
  • Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
  • Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
  • Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
  • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
  • Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
  • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
  • Ziyarət nəticələrinin izlənilməsi
  • Sifarişlərin icra olunması
  • Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
  • Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
  • Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
  • Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
  • Müştəri ödəmələrinin izlənilməsi

Namizədə dair tələblər:

  • Ali təhsil (Marketinq, satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi)
  • İş təcrübəsi: Korporativ satış sahəsində 2 illik iş təcrübəsinin olması
  • Yaş həddi - 20-40
  • Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, Ingilis dili arzuolunandır
  • Ms.Office proqramlarını yüksək səviyyədə bilməli
  • İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli 
  • Müştəriyönümlü satış  etmək bacarığının olması
  • Nəqliyyat vasitəsi və sürücülük vəsiqəsi (B,BC kateqoriya ) mütləqdir.

İş şərtləri: 

  • Əmək haqqı: 1200 AZN + bonus. 
  • 6 günlük iş qrafiki
  • İş yeri - Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.

Maraqlanan namizədlər mövzu yerində “Korporativ Satış üzrə mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilərlər.

Aqrar İnnovasiya və Təchizat Şirkəti tərəfindən digər vakansiyalar