İşin təsviri
Vəzifə öhdəlikləri:
- Təqvimləri idarə etmək, görüşləri təşkil etmək və görüşləri səmərəli şəkildə təyin etmək;
- Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
- Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
- E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq;
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi);
- Sənədlərin idarə edilməsini və arxivləşdirməni təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
- Şirkətin tabeçiliyində olan şöbələrin tələbatlarına uyğun təchizatların qeydə alınması, koordinasiyası və vaxtında yerinə yetirilməsini izləmək.
- Dövlət orqanları və şirkətlərlə rəsmi yazışmaların həyata keçirilməsi və əldə olunan nəticələri müvafiq şöbə ilə koordinasiya etmək.
- Şirkətin sahəsinə uyğun olaraq – idxal, logistika, broker əməliyyatlarının vaxtında planlaşdırılması və səlahiyyətli şəxslərə məlumat verilməsi.
Kvalifikasiya:
Əsas:
- Təhsil - Ali (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar).
Arzu olunan:
- Əlaqədar sahə üzrə əlavə sertifikatlar.
Tələblər və bacarıqlar:
- Səlis Azərbaycan , ingilis, və rus dilləri;
- Kompüter bilikləri (MS Office, Outlook);
- Bakalavr dərəcəsi – İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar;
- Ofis avadanlıqları ilə işləmək bacarığı;
- Minimum 1 il korporativ mühitdə iş təcrübəsi
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Şəfayət Mehdiyev küç, 129/121
- 5 günlük iş rejimi;
- Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Təminatlar:
- Nahar ilə təmin edilmə
- Korporativ nömrə
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi "Ofis meneceri" başlığı ilə göndərə bilərsiniz.
Email: [email protected]