Təkrarsığorta üzrə təcrübəçi

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 06.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Daxil olan sorğuları və təklifləri diqqətlə analiz etmək və birbaşa müdirin rəhbərliyi ilə müvafiq risklərin təkrarsığortası üzərində işə dəstək göstərmək;
  • Debitor və kreditorların araşdırılması və onların ödənilməsi ilə bağlı bütün kompleks işlərdə iştirak etmək;
  • Birbaşa müdirin göstərişinə əsasən şirkətin öz riskləri üzrə əlverişli şərtlərin əldə edilməsi və onların təkrarsığortalanması üçün təkrarsığortaçılar ilə danışıqlar aparmaq; 
  • Qəbul olunan təkrarsığorta həcmlərinin genişləndirilməsi və təkrarsığorta sliplərinin yenilənməsi məqsədilə təkrarsığorta şirkətləri ilə kommunikasiya qurmaq;
  • Müvafiq təqdimatların hazırlanmasında birbaşa müdirə və digər təkrarsığorta şöbəsinin əməkdaşlarına köməklik göstərmək;
  • Birbaşa müdirin rəhbərliyi altında şöbənin operativ məsələlərinin həlli prosesində iştirak etmək.

Bilik və bacarıqlar:

Biliklər:

  • Ali təhsil: İqtisadiyyat, maliyyə, hüquq;
  • Dil bilikləri: yaxşı səviyyədə (B2/C1, C2) Azərbaycan, İngilis və Rus dilləri;
  • Kompüter bilikləri: Microsoft Office proqramından istifadə etmək bacarığı;

Təcrübə:

  • Sığorta sahəsində təcrübə arzuolunandır.

Bacarıqlar:

  • Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
  • Bazar üzrə araşdırma və təhlil apara bilmək; 
  • Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
  • Danışıq və təqdimat bacarığı.

Son müraciət tarixi: 5 avqust, 2022 

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin və təhsil aldığınız/məzun olduğunuz universitetin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

Email: [email protected]

İşəgötürənin reytinqi