Mətbəx şöbəsinin müdir müavini

  • Quba Palace Hotel
  • Elanın qoyulma tarixi: 04.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • Otelin mətbəx bölümlərinin baş aşpazların işinə nəzarət edir;
  • Minimum xərclərlə yüksək keyfiyyətli yeməklərin hazırlanması üçün porsiyaların, qramajların hesablay;r və planlaşdırır;
  • Satınalma bölməsinə vaxtında və dəqiq sifarişlərin edilməsini yoxlayır;
  • Alınan malların keyfiyyətini yoxlayır;
  • Anbarda saxlanan malları periodik nəzərdən keçirir;
  • Mətbəx şöbəsinin aylıq büdcəsini tərtib edir, menyuları periodik yeniləyir;
  • Satılmayan mallaların günlük hesabatını hazırlayır;
  • Mütəmadi olaraq yeniliklər öyrənir və mətbəx işini dahada inkişaf etdirmək üçün yeniliklər tədbiq edir;
  • Yeməklərin dizaynına və keyfiyyət standartlarını uyğun hazırlanmasına nəzarət edir, mətbəx işçilərinə başa salır və onlara standartlara uyğun işin aparılmasına nəzarət edir;
  • Hazırlanmış yarımfabrikatların tələb olunan şəraitdə (dərəcə baxımından) və müddətdə saxlanmasını periodik olaraq yoxlayır;
  • Oteldə hazırlanan acıq bufetlərin  və veriləcək yeməklərin yerləşməsini və dizaynını planlaşdırır və təşkil edir;
  • Mətbəxin gigiyenik cəhətdən təmiz olmasına nəzarət edir və  bu məsələ ilə bağlı Qida təhlükəsizliyi şöbəsinin əməkdaşları ilə əlaqəli işlərin aparılmasına nəzarət edir;
  • Mətbəx işçilərini daim təlimatlandırır və onların işinə nəzarəti təmin edir;
  • İşlərini motivasiya edir və onların produktivliyini artırır;
  • Prosedurlara əsasən Mətbəx bölmələrin  işinin gigiyena və  keyfiyyət qaydalarını  hər zaman uyğun qurur.
  • Qida keyfiyyətinə uyğun prosedurların və təlimatları hazırlayır və işçiləri təlimatlandırır.

Namizədə tələblər:

  • Ən azı 5  il bu sahədə iş təcrübəsinə malik olmalıdır.
  • Məsuliyyətli, diqqətli və səliqəli olmalıdır
  • Komputer bilikləri olmalıdır.
  • Milli və avropa mətbəxlərini  bilməlidir
  • Gida keyfiyyətini mükəmməl bilməlidir
  • Gigiyena və keyfiyyət standartlarını bilməlidir

Nəqliyyat və yataqxana ilə təmin olunma;

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər 

Email: [email protected]