Ətraf Mühit Mühəndisi / Aparıcı / Baş Ətraf Mühit Mühəndisi

  • Yapi Kredi Bank
  • Elanın qoyulma tarixi: 04.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ekologiya Mühəndisliyi üzrə ali təhsil;
  • Ətraf Mühit Mühəndisliyi sektorunda ən azı 2 il iş təcrübəsi;
  • Ms Office proqram bilikləri yaxşı səviyyədə olmalı;
  • Azərbaycan, türk, ingilis və rus dillərini səlis bilmək; 
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyət və münasibət qurma bacarıqları;

Əsas iş funksiyaları:

  • Ətraf mühitlə bağlı xərcləri müəyyən etmək və büdcə hesabatlarını hazırlamaq;
  • İşçilərin ekoloji təlimlərini həyata keçirmək, zəruri hallarda təlimlərlə bağlı xarici resurslarla əlaqə saxlamaq;
  • Baş Ofis və digər filiallar üçün ekoloji məsələlərlə bağlı zəruri icazələrin, lisenziyaların və sənədlərin alınması, yeniləmə və/və ya yeniləşdirmə işləri aparmaq; 
  • ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi ilə əlaqədar sənədləşmə və digər işlərin koordinasiyasını təmin etmək;
  • İSO 14064-1 istixana qaz emissiyası və ISO 14046:2014 su izi hesabatlarını hazırlamaq;
  • Müntəzəm olaraq həyata keçirilən yoxlamalarda Bankı ən yaxşı şəkildə təmsil etmək və tələblərin yerinə yetirilməsini təmin etmək;
  • Tullantıların idarə olunması planına uyğun olaraq təhlükəli və qeyri-təhlükəli tullantıları izləmək;
  • Ətraf mühitin idarə edilməsi çərçivəsində Sıfır Tullantı Sisteminin yaradılması, sistemin davamlılığının təmin edilməsi, müvafiq sənədlərin təqib edilməsi, onların ekoloji faylda təsnif edilməsini təmin etmək;
  • Bankın İnteqrasiya edilmiş İllik Hesabatının hazırlanması zamanı ətraf mühitlə bağlı tələb olunan məlumatları bildirmək;
  • Bankın elmi əsaslı ekoloji hədəflərini müəyyən etmək və müəyyən edilmiş hədəfləri izləmək;
  • Ətraf Mühitin İdarəetmə Sistemi çərçivəsində sənədləşmə sistemini qurmaq və sistemin aktuallığını, təkmilləşdirilməsini və davamlılığını təmin etmək, hüquqi qanunvericiliyə əməl etmək, təlimləri planlaşdırılmaq və həyata keçirmək;
  • Ekoloji qəzalar və fövqəladə hallar zamanı müvafiq müdaxilələr etmək, çirklənmənin qarşısını almaq və mənfi təsirləri aradan qaldırmaq.

Email: [email protected]

İşəgötürənin reytinqi