Sədr müavininin köməkçisi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 03.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • İdarə Heyətinin üzvü-sədr müavinin idarəçilik işlərinin Azərbaycan Respublikasının qanunvericilik tələblərinə və Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq təşkilində köməkçi fəaliyyətini icra etmək;
  • Cəmiyyətin ümumi fəaliyyətinin təşkilində öz səlahiyyətləri çərçivəsində iştirak etmək və onun işini əlaqələndirmək;
  • İdarə Heyətinin üzvü-sədr müavinin göstərişi əsasında aidiyyəti struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaliyyətinin təşkil edilməsi üçün işlərin görülməsini təmin etmək;
  • İdarə Heyətinin üzvü-sədr müavini tərəfindən aidiyyəti şöbələrə və mütəxəssislərə verilən tapşırıqların icrası barədə İdarə Heyətinin sədr müavinini məlumatlandırmaq. Nəzarətində olan işlərin gedişatı və nəticələri barədə tələb olunduqda və mütəmadi olaraq İdarə Heyətinin üzvü-sədr müavininə hesabat və məlumatlar təqdim etmək;
  • İdarə Heyətinin üzvü-sədr müavinin rəsmi yazışmalarını təşkil etmək, daxil olan və göndərilən yazışmalarını nəzarətdə saxlamaq;
  • Dövlət qurumları, özəl müəssisə və təşkilatlarla işgüzar əlaqələr qurmaq və işgüzar görüşlərdə Cəmiyyəti təmsil etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə qabiliyyəti, daxili və xarici yazışmaları idarə etmək bacarığı olmalıdır.
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı).
  • Kompüter bilikləri: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil.
  • Minimum 1 il iş təcrübəsi;

https://careers.azergold.az/vakansiya/sedr-muavininin-komekcisi-idare-heyetinin-katibliyi

İşəgötürənin reytinqi