İnsan resursları və əmək haqqı üzrə köməkçi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tabelləri yoxlamaq və nəzarət etmək.
  • İşdən azad olunan işçilərin tabellərini doldurmaq.
  • İşçilərin əmək haqqı hesablanması ilə bağlı yaranmış suallarının həllində köməklik göstərmək.
  • Əmək haqqı kartlarının və işçi arayışlarını təhvil vermək.
  • Əmək haqqı katlarının hazır olunması barədə işçilərə məlumat vermək.
  • İcra tutulmaları ilə bağlı işçiləri məlumatlandırmaq.
  • İşdən çıxış ərizələri və tam şəkildə doldurulmuş İşdən çıxış kağızlarını işçilərdən qəbul etmək və onları vaxtı vaxtında baş ofisə göndərmək.
  • Kadrlarla yaranan hər hansı problemləri dinlənmək və cavabdeh işçilərə yönəltmək.

Namizədə dair tələblər:

 

  • Ali təhsil.
  • Göstərilən vəzifədə ən az 6 ay təcrübə.
  • Güclü ünsiyyət və təqdimat bacarığı.
  • Tənqidi düşüncə və təhlil bacarıqları.
  • Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarıqığı.
  • Problemlərin həllində yaradıcı yanaşma bacarığı.
  • Sərbəst Microsoft Office istifadəçisi.
  • Çeviklik və tez öyrənmək qabiliyyəti.
  • Gərgin iş şəraitində işləmə bacarığı.

Maraqlanan namizədlər mail ünvanına “İnsan resursları və əmək haqqı üzrə köməkçi” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]