Araşdırma və Təhlil üzrə Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Risk dəyərləndirilməsi üzrə analizlər aparmaq;
  • Bütün növ korrupsiya, dələduzluq və fırıldaqçılıqla mübarizə ilə bağlı kompleks tədbir və metodlar işləyib hazırlamaq;
  • Dələduzluq və fırıldaqçılıq faktları ilə bağlı ziyan məbləğlərinin geri qaytarılması və müvafiq təşkilati-hüquqi tədbirlərin görülməsi məqsədilə rəhbərliklə razılaşdırılmış şəkildə zəruri sənəd toplusunu hazırlamaq;
  • Fraud faktları ilə bağlı məlumatların statistikasını aparmaq, qiymətləndirmək, təhlil etmək, antifraud tədbirləri barədə hesabat hazırlamaq  və saxtakarlıq səviyyəsinin azaldılması üçün yeni layihə və təklifləri üst rəhbərə təqdim etmək.

Ümumi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə, xüsusilə risklərin idarəedilməsi sahəsi üzrə iş təcrübəsi;
  • Mənimsəmə və saxtakarlığın idarəedilməsi üzrə biliklər;
  • MS Excel biliyi arzuolunandır;
  • Dəqiqlilik, detallara fikir vermə qabiliyyəti;
  • Yüksək analitik təhlil və problemləri həll etmə bacarığı.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “ATM” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

Email: [email protected]

İşəgötürənin reytinqi