İşin təsviri
Vəzifə üzrə öhdəliklər:
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
- Tikinti-inşaat materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
- Materialların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edilməsi;
- Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi;
- Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Layihə üzrə görulən işlərin iş planının hazırlanması, layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi;
- Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;
- Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;
- Qiymətləndirmə üçün hesabatların aparılması.
Vəzifəyə dair tələblər:
- Ali təhsil (inşaat mühəndisi, mülki-inşaat, nəqliyyat tikintisi mühəndisliyi sahələri üzrə);
- Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə biliklərə malik olmaq;
- Müvafiq kompüter proqramlarını bilmək (AutoCAD, Microsoft Office və s.)
- Dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
- Yüksək məsuliyyət, diqqətcil olmaq;
- İş təcrübəsi: texniki şöbədə minimum 3 il.
İş şəraiti haqqında məlumat:
- Həftə ərzində 6 günlük iş qrafiki (həftəlik 40 saat);
- İş saatı: 09:00-dan 18:00-dək;
- Əmək haqqı müsahibə əsasında təyin edilir;
- Nahar şirkət tərəfindən qarşılanır;
- İş yeri: Daşkəsən rayonu (Çovdar layihəsi).
Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına, mövzu hissəsində “Texniki ofis mühəndisi” qeyd edərək göndərə bilərlər.