Aparıcı mühasib

İşin təsviri

Vəzifə üzrə öhdəliklər:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
  • Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun sənədləşmə, e-qaimə və fakturaların hazırlanması, yazılması və təqdim edilməsi;
  • Əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Kreditor borcları, debitor borcları da daxil olmaqla bütün mühasibat uçotu funksiyalarının idarə edilməsi və onlara nəzarət edilməsi;
  • Gündəlik hesablar üzrə qalıqların hesabatı;
  • Mal və xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • İdxal olunan mallar üzrə gömrük rüsumları və digər dövlət tutulmaları üzrə hesablamaların düzgünlüyünün yoxlanılması və proqramda düzgün əks olunması.

Tələblər:

  • Ali ixtisas üzrə təhsil
  • Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi
  • Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində yüksək biliklər
  • Azərbaycan dili üzrə sərbəst biliklər
  • Kompüter bilikləri : MS Office proqramları, əsasən Excel, 1C 8.3 (SAP proqramında işləməsi arzu olunandır)
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklər.

İş şəraiti:

  • İş qrafiki: həftədə 5 gün, saat 09:00-18:00
  • Əmək haqqı: razılaşma yolu ilə

Yalnız göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına, mövzu hissəsində “Aparıcı mühasib” qeyd edərək göndərə bilərlər.

Maqro Construction Azerbaijan tərəfindən digər vakansiyalar