İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Satış nöqtəsində bütün satış kanalları üzrə satışın yerində təşkil olunmasına və satış komandasının effektiv idarəolunmasına cavabdehdir 
- Satış planlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, satış nöqtəsinin proqnozlaşdırılan məqsədlərə çatmasını təşkil edir
- Satış komandasının gündəlik fəaliyyətinə nəzarət edir və satış nöqtəsinin fəaliyyətini sistemli monitorinq edir
- Zərurət olduqda satışa aidiyyatı olan işi birbaşa icra edir
- Satış komandasında fəaliyyət göstərən əməkdaşların inkişafını təşkil edir, onları öyrədir, onlara mentorluq edir, yeni əməkdaşların işə və iş yerinə sürətlə adaptasiyasını təşkil edir, onların yüksək əhval-ruhiyyəli komandanın olmasına cavabdehdir
- Peşəsi ilə bağlı yeni texniki biliklər öyrənir, təcrübələr qazanır və özünü daim inkişaf etdirir 
- Satış anbarının və vitrinlərinin səliqəli, təmiz saxlanılmasına və düzülüşünün qaydalara uyğun olmasını təşkil edir 
- Müştəri bazasının təlabatına uyğun məhsulların vitrinə sifariş edilməsi
- Satışın artırılması  üçün təkliflərin verilməsi
- Təklif olunmuş aksiyadan maksimum yararlanmaq
- Fəaliyyət göstərdiyi satış nöqtəsində satışın inkişafı ilə əlaqədar təkliflər verir, işi təşkil edir, satışa aid layihələrə rəhbərlik edir 
- Satış komandanın dəyərlərə uyğun əməkdaşlardan formalaşmasına cavabdehdir
- Tabeçiliyində olan əməkdaşların müəssisənin strukturu, qaydaları, idarəetmə prinsiplərinə, subordinasiya və etika  qaydalarına riayət etmələrini təşkil edir 
- Satış nöqtəsində satış sahəsi ilə əlaqədar daxil olan təklif və şikayətləri həll edir
- Satış komandasının fəaliyyətinin digər strukturlarla düzgün əlaqələndirməsini, kommunikasiya və münasibətlərin  yaxşı və peşəkar olmasını təşkil edir 
- Fəaliyyəti ilə əlaqədar işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır
- Müəssisənin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edir
- Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət olunmasını təmin edir
- Fəaliyyət göstərdiyi satış sahəsinə aid arxivləşdirmə və uçot işinin düzgün aparılmasını yerində təşkil edir 
- Birbaşa rəhbərinə qaydalara uyğun dövrü və tapşırılan hesabatları təqdim edir
Namizədə tələblər:
	- Satış sahəsində minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili səlis, (rus dili bilmək üstünlükdür)
- Kompüter bilikləri (MS Office)
- İdarəetmə və liderlik bacarıqları formalaşmış olmalıdır
- Ünsiyyət bacarığı 
- Təqdimetmə və təmsiletmə bacarığı
- Araşdırma və təhlil bacarığı
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
- Öyrətmə bacarığı
- Planlama bacarığı
Yaradılan şərait:
	- Təmiz və səliqəli iş yeri
- Mehriban kollektiv, ədalətli idarəetmə 
- Korporativ nömrə verilir
- Əmək haqqı 2000 azn sabit və bonus hissəsindən ibarətdir
- İş yeri Bakı şəhəri, Yasamal rayonu, 
- Satış fəaliyyəti bütün regonlar üzrə təşil oluna bilər 
- İş qrafiki həftədə altı gündür
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur ki, mövzu sətirində “Mağaza satış rəhbəri ” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.