Satışın inkişafı üzrə kiçik mütəxəssis

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 23.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil;
  • 21-29 yaş aralığında gənclər;
  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür); 
  • Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli  və özünü təkmilləşdirməyə meyilli olmaq;
  • Ünsiyyət  və inandırma bacarığının olması;
  • Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
  • Hədəf yönümlü olmaq;
  • Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
  • Satış sahəsi üzrə karyera qurmağı planlamaq.

Satışın inkişafı üzrə kiçik mütəxəssis nə iş görür?

  • Partnyorlarla birbaşa görüşərək əməkdaşlığı inkişaf etdirmək və qoyulmuş satış hədəflərini yerinə yetirmək;  
  • Təqdim edilmiş yeni təkliflərin qiymətləndirilməsi, analiz edilməsi;
  • Mövcud məhsul və xidmətlərlə bağlı trendleri təqib etmək, axsayan əməliyyatlarla bağlı proseslərinin yaxşılaşdırılması üçün təkliflər hazırlamaq; 
  • KPI-lara əsasən hədəfə yönəlik satış və hərəkət planları hazırlmaq;
  • Partnyorların sorğularını cavablandırmaqla satış sonrası texniki dəstək göstərmək;
  • Partnyor ilə şirkət arasında koordinasiyanın yaradılması;
  • Lazımi hesabatların hazırlanması.

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki : 09:30 – 18:30
  • Əmək haqqı: 300 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Satışın inkişafı üzrə kiçik mütəxəssis qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]

İşəgötürənin reytinqi