Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsidə ekoloq

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 22.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Ətraf mühitin mühafizəsi qaydalarının tətbiq edilməsi və inkişaf etdirilməsi;
  • Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
  • Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlərin aparılması;
  • Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi;
  • Tullantıların idarə olunması;
  • Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
  • İstehsalat sahələrində ətraf mühitin mühafizəsi normalarını, İSO 14001 beynəlxalq standarlarının tələblərini, tullantıların qanunvericiliyə və beynəlxalq standartların tələbinə əsasən idarə olunması qaydalarını bilməli;.
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

 

https://careers.azergold.az/vakansiya/ekoloq-saglamliq-emeyin-tehlukesizliyi-etraf-muhit-sobesi-covdar-filiz-emali-sahesi

İşəgötürənin reytinqi