Problemli Kreditlər üzrə mütəxəssis, aparıcı və baş mütəxəssis

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 21.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Problemli kredit portfellərinə nəzarət etmək;
  • Problemli kreditlərlə bağlı kredit mütəxəssislərinə verilmiş tapşırıqların icrasına nəzarət etmək;
  • Problemli kreditlərlə əlaqədar sənədlərin məhkəməyə hazırlanması işinin filiallar tərəfindən icrasını izləmək   və bu işə hərtərəfli kömək etmək;
  • Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaratmaq;
  • Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumat və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək;
  • Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək.
  • Məhkəməyə verilmiş işləri nəzarətdə saxlamaq;
  • Mütəmadi icra tədbirlərinə nəzarət etmək; 
  • Kreditlər üzrə monitorinq aparmaq;

Namizəd üçün tələblər:

  • Ali təhsil;
  • Problemli müştərilərlə iş üzrə 1-3 il təcrübə;
  • Azərbaycan dilini mükəmməl bilmək, Rus dilini bilmək arzu olunandır;
  • Ünsiyyət qurmaq bacarığı yüksək səviyyədə; 
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı

 

Şəmkir, Şirvan, Ağcabədi, Beyləqan filialları üzrə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilər (mövzu hissəsində Problemli kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis göstərməyiniz xahiş olunur)

Email: [email protected]