Mühasib

İşin təsviri

Öhdəliklər:

  • Maliyyə intizamının yerinə yetirilməsi və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda əks etdirmək;
  • Mühasibat uçotunun hesablar planı üzrə uçota almaq və müvafiq müxabirləşmələri icra etmək;
  • Dövlət büdcəsinə məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqlarının, vergilərin ödənişlərini həyata keçirmək;
  • Dövlət proqramı çərçivəsində yaranan xərclərin maliyyələşdirilməsi üçün maliyyə sifarişlərini hazırlamaq və maliyyələşdirən qurumla razılaşdırılmasını həyata keçirmək;
  • Dövlət Proqramının fəaliyyətinin təşkili ilə bağlı maliyyə, büdcə, uçot, tarif və sair siyasətin işlənib hazırlanmasında iştirak etmək;
  • Dövlət Proqramına və Dövlət Proqramı İdarəetmə Qrupuna aid olan aylıq, rüblük, illik bəyannamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa dair və.s) hazırlamaq;
  • Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
  • Dövlət Proqramı İdarəetmə Qrupuna daxil olan bu kimi digər maliyyə xarakterli məktubların icra etmək;
  • Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyatın tənzimlənməsi ixtisas istiqamətləri üzrə ali təhsil;
  • Maliyyə işləri üzrə minimum 2 il iş təcrübəsi, büdcə təşkilatında iş təcrübəsinə üstünlük verilir;
  • İctimai sektor üçün mühasibat-uçotunun beynəlxalq standartları, Azərbaycan Respublikasının vahid büdcə təsnifatı, Əmək qanunvericiliyinin əsaslarını və sahə üzrə digər qanunvericilik aktlarını bilmə;
  • Elektron Maliyyə proqramlarını işlətmə bacarığı;
  • Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) – yüksək səviyyədə
  • Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və İngilis dili – orta səviyyədə. Qeyd edilən dillər üzrə şifahi və yazı qabiliyyətinə sahib olma;
  • Yüksək ünsiyyət və kollektivdə iş bacarığı;
  • Təşkilati bacarıqlar.

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində “Mühasib” göstərilməklə elektron poçt ünvanına göndərməlidirlər. 

Son müraciət tarixi: 30.06.2022-ci il

Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır. Dövlət Proqramı haqqında daha ətraflı məlumat üçün www.dp.edu.az saytına daxil olmaqla əldə etmək olar.