İT Mütəxəssis

  • NBCO KredAqro
  • Elanın qoyulma tarixi: 16.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
  • Baş ofis və filiallar arasında informasiya axını sisteminin düzgün qurulmasını təmin etmək;
  • Baş ofis və filiallarda yerləşən texniki vasitələrin, şəbəkənin düzgün qurulmasını və xidmətə yararlığını təmin etmək;
  • Zərurət yarandıqda "KredAqro" BOKT MMC-nin nəzdində olan informasiya texnologiyası ləvazimatlarının işə yararlığını təmin etməkdə, şəbəkə və internetə qoşulma ilə bağlı mərkəzi ofis və filiallarda olan problemləri aradan qaldırmaqla İT mühəndisinə yardım etmək;
  • Korporativ Elektron poçt (e-mail) və Active Directory xidmətində yeni qeydiyyatların aparılması və daimi dəstəklənməsi;
  • Baş ofis və filiallarda yerləşən texniki avadanlıqların vəziyyətini yoxlamaq və yaranmış hər hansı bir problemi həll etmək üçün bütün tədbirləri görmək;
  • Müvəqqəti olaraq (20:00-00:00) Bank sistemində gün bağlama prosesini təmin etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; 

İş şəraiti:

  • İş qrafiki: (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Əmək haqqı: 500 azn gross;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (İT Mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.