Reklam satışı üzrə mütəxəssis

  • Smartbee
  • Elanın qoyulma tarixi: 14.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Smartbee reklam platformasında reklam yerləşdirmək üçün müştərilərin cəlbi;

  • B2B satışlar həyata keçirmək;

  • Reklam platformasının imkanları, üstünlükləri haqda müştərilərə təqdimatlar göstərmək

  • Reklam müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsi, reklam təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması

  • Mövcud müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması

  • Potensial  müştərilərlə aparılan görüş və danışıqların, göndərilən/təqdim olunan təkliflərin, şərtlərinin, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi

Tələblər

  • Azərbaycan dilini əla səviyyədə bilmək. Rus dilini yaxşı bilmək və ingilis dilini bilmək böyük üstünlükdür.

  • İstər e-mail vasitəsilə, istərsə də şifahi yaxşı kommunikasiya qura bilmək bacarığı.

  • Microsoft Office (Excel, PowerPoint, Word, Outlook) paketi təcrübəli iş bacarığı

  • Marketinq kommunikasiyaları və reklam sahəsində geniş dünyagörüşü

  • SMM, Google Ads, banner reklamları haqqında bilgili olmaq

  • Riyaziyyatı və məntiqi yaxşı bilmək

  • İqtisadiyyat, marketinq, riyaziyyat sahəsində ali təhsili olmaq üstünlükdür.

  • Yaş həddi: 35-dək

Bacarıqlar:

  • Təşəbbüskarlıq

  • Ünsiyyət qurmaq bacarığı

  • Çalışqan olmaq

  • Öhdəliklərinə məsuliyyətli olmaq

  • Dəqiqlik

  • Fikirlərini aydın izah edə bilmək

  • İşgüzar məktubları yüksək səviyyədə tərtib edə bilmək

  • Yaranmış vəziyyətlərə çevik reaksiya vermək

  • Problemli vəziyyəti həll etmək

  • Komandada işləmək

  • Təklif olunan məhsulun satışını təmin etmək bacarıqları

Əmək haqqı: 500 AZN + % bonus.
Bonus gətirilən reklamın həcmindən asılı olaraq müəyyən olunur.

Namizədlərdən mövzu yerində “Advertising sales specialist” qeyd edərək CV-lərini [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi