İşin təsviri
Digital media satışı sahəsində komandamız üçün “arı” axtarırıq.
Azərbaycanın ən böyük reklam platforması olan Smartbee-nin təklif etdiyi rəqəmsal marketinq həllərini müştərilərə satacaq satış mütəxəssisinə ehtiyacımız var.
Tələblər
- Marketinq və reklam dünyası haqqında bilikli olmaq
- Yerli saytlarda banner-reklamı yerləşdirmək, Google Ads, Facebook ads, veb-analitika kimi sahələrdən xəbərdar olmaq
- Həm yazılı, həm də şifahi əla ünsiyyət qurmaq qabiliyyəti
- Azərbaycan dilini əla səviyyədə bilmək. Rus dilini yaxşı bilmək əlavə üstünlükdür.
- Google Analytics, müasir veb-texnologiyalar, SMM, yerli reklam bazarının trendləri barədə məlumatlı olmaq
- Riyaziyyatı və məntiqi yaxşı bilmək
Vəzifə öhdəlikləri
- Yeni müştərilərin tapılması və onların reklam platformasına cəlb olunması
- B2B satışlar həyata keçirmək;
- Reklam platformasının imkanları, üstünlükləri haqda müştərilərə təqdimatlar göstərmək
- Reklam müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsi, reklam təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması
- Yerli müştərilərlə canlı və onlayn görüşlərin keçirilməsi
- Müştərilər üçün prezentasiyaların, keçirilmiş kampaniyaların hesabatlarının hazırlanması
- Media planların tərtibi və icrası
İş şəraiti
- Həftədə 5 gün, saat 10.00-18.00
- Hibrid şəkildə (həm evdən, həm ofisdən) işləmək imkanı
- Şəhərin çox əlverişli yerində, İçərişəhər/Sahil metrosuna yaxınlıqda iş yeri
- Gülərüz, mehriban və texnarlardan ibarət kollektiv
- Əmək haqqı: sabit 800 AZN+gətirilən reklamların faizinə əsasən bonus
İşçinin bilik və bacarığından asılı olaraq maaş dəyişə bilər. Yaxşı iş performansı olduqda yarımillik və illik mükafatlar verilir.
Maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına “Digital media sales specialist” başlığı ilə göndərə bilər.