İşin təsviri
Görüləcək iş:
- Mövcud proyektlərə və hazır CMS-lərdə yığılmış saytlara əlavə modulların yazılması və texniki dəstəyin göstərilməsi
- Veb-saytların və veb-tətbiqlərin layihələndirilməsi, kodlaşdırılması
- Yeni veb proqramların və mikroservislərin hazırlanması
- Veb-dizayner və front-end developer ilə birlikdə işləmək
- Bug-fixing
Tələblər:
- Native şəkildə PHP və SQL yüksək səviyyədə bilmək
- OOP və layihələndirmə şablonlarını mükəmməl bilmək
- Container/Docker biliyi olmasi ustunlukdir
- Laravel framework-də işləyə bilmək bacarığı
- Codeigniter, Symfony və s. üzərində qurulmuş layihələrə kiçik müdaxilələr edə bilmək bacarığı
- Linux əməliyyat sistemində və Git-lə işləyə bilmək
- Öz kodunu yoxlaya bilmək, səliqəli və intizamlı şəkildə kod yazmaq
- Komandada işləyə bilmək
Detallar:
- İş-vaxtı: 10.30-19.00 və ya 10.00-18.30, I–V günlər.
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
- Şəhərin mərkəzində çox əlverişli lokasiyada iş yeri
- Gülarüz kollektiv, maraqlı iş ortamı
- Əmək haqqı: NET 2500-3500 AZN (namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək).
Maraqlanan şəxslər öz rezümelərini (içində gördükləri işlərə nümunə, GitHub profilinə keçid və s. olması üstünlükdür) müvafiq e-mailə göndərə bilər.