KOS (SME) satışlar şöbəsi üzrə mütəxəssisi / aparıcı / baş mütəxəssisi / Menecer

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 13.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Bankdaxili və bankdan kənar məlumatlar bazasından istifadə edərək satış komandası üçün potensial müştəri bazasının formalaşdırılması;
  • Satış trendlərinin departament, şöbə, qrup və işçi səviyyəsində izlənilməsi;
  • Satışda effektivliyin artırılması istiqmətində müxtəlif analitik hesabatların təqdim edilməsi;
  • Departamentin əməkdaşları üçün KPİ-ların təyin edilməsi, hədəflərin icrası ilə bağlı periodik hesabatların təqdim edilməsi və renkinqlərin hazırlanması;
  • Aktivliyi azalmış müştəriləri müəyyən edərək “cross sale” və “up sale” istiqamətində hesabatların hazırlanması;
  • İşçilərin motivasiya sistemi ilə bağlı təkliflərin hazırlanması və tətbiq edilməsi;
  • CRM-in idarəedilməsi prosesinə nəzarət;
  • Periodik hesabatların zamanında və dəqiq göndərilməsinə nəzarət;
  • Cari işin optimallaşdırılması və avtomatlaşdırılması işini təmin etmək;
  • Bazarda rəqiblər və tendensiyalar haqqında məlumatların toplanması, təhlil edilməsi və  strateji qərarların qəbul olunması üçün təkliflərin hazırlanmasını təmin etmək. 

Tələblər:

  • Bank sektoru üzrə ən azı 5 illik iş təcrübəsi (müvafiq sahə üzrə olması arzuolunandır);
  • Minimum 2 il idarəetmə təcrübəsi;
  • Data Analitika sahəsində iş təcrübəsi;
  • Analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
  • Məlumatlardakı nümunələri və anomaliyaları tanımaq və araşdırmalar əsasında nəticə çıxarmaq üçün kritik düşünmə bacarıqları;
  • Mürəkkəb araşdırmalar və ideyaların məntiqini başa düşülən formada çatdırmaq üçün lazımi ünsiyyət bacarıqları;
  • Liderlik bacarıqları;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi