Müştərilərlə əlaqələr üzrə mütəxəssis

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Şirkətin məhsul və xidmətləri barədə dolğun məlumatlı olmalı;
  • Daxil olan zəngləri cavablandırması və yönləndirilməsi;
  • Müraciətlərin və şikayətlərin qeydiyyata alınması;
  • E-poçt yazışmalarının həyata keçirilməsi;
  • Müştərilərin müraciətlərinə əsasən gündəlik, həftəlik və aylıq hesabatların tərtib edilməsi;
  • Şirkətə gələn qonaqların qarşılanması, yönləndirilməsi;
  • Gündəlik nəqliyyat və logistika xəbərlərinin toplanması və ötürülməsi;
  • Mütəmadi olaraq müştərilərə yeniliklərə bağlı məlumatların ötürülməsi (sms, whatsApp);

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 1- 2 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili və Rus dilində mükəmməl yazılı və şifahi ünsiyyət, İngilis dili arzuolunandır;
  • Kompyuter biliyi: Word, Excell, Power Point;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Səlis nitq qabiliyyəti - Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi;
  • Araştırma, daima öyrənməyə həvəsli və verilən tapşırıqları vaxtında çatdırmaq;
  • Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 30 iyun 2022-ci il tarixidir. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştərilərlə əlaqələr üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Email: [email protected]