Qrafik dizayner

İşin təsviri

İş barədə məlumat:

  • Sosial şəbəkə üçün paylaşım postlarının dizayn edilməsi
  • Menyunun vizual tərtibi
  • Buklet, Rollup, Vizitka, flayer, vinil, poster hazırlanması
  • Təqdimat vizuallarının yığılması
  • Uniformalara dizayn verilməsi
  • Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi
  • Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin icrası
  • İş günləri: Həftə içi 1-5-ci günlər
  • İş saatları: 09:00-dan 18:00-dək
  • Əmək haqqı: (əmək haqqı namizədin bacarıq və təcrübəsinə əsasən müsahibə əsasında dəqiqləşdiriləcək)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılacaq

Namizəddən tələblər:

  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
  • Adobe Photoshop, Adobe InDesign, Adobe Illustrator proqramlarında işləmək, Motion design (Adobe Premiere) bacarığı
  • Çap materialları ilə işləmək bacarığı
  • Dizayn, konsept və s. müasir trendlərdən xəbərdar olmalı
  • Əmək mədəniyyətini, xidməti işgüzar ünsiyyət etikasını bilməli
  • Operativ, məsuliyyətli, punktual, kreativ olmalı
  • Komandada işləməyi bacarmalıdır

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla  [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.