İnsan resursları üzrə aparıcı mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
  • İşçinin işə qəbulu, işdən çıxarılması, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən (əmək, öz hesabına, sosial,təhsil) istifadəsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
  • ƏMAS hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsi;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Əmək haqqının hesablanması üzrə işlərin icrası
  • Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,) 
  • İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinə nəzarət edilməsi;
  • Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlamaq;
  • Əmək kitabçalarına qeydiyyatların aparılması; 
  • Vakansiyaların yerləşdirilməsi, CV-lərin çeşidlənməsi, müsahibələrin təşkili 
  • Vəzifə təlimatlarının hazırlanması;

Namizədə tələblər:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi 
  • AR Əmək qanunvericiliyinin əsaslarını əla səviyyədə bilməli;
  • Sahə üzrə sertifikatlar üstünlükdür.
  • Yaş: 24-30 yaş arası;
  • Komanda daxilində işləmək bacarığı
  • Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması
  • ƏMAS və Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı
  • İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə aktivlik nümayiş etdirilməsi
  • Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi
  • Operativ düşünmə və problemləri həll etmə bacarıqları
  • Zamanın düzgün şəkildə idarəolunması
  • Məsuliyyət, nizam-intizamlı olunması

İş yeri: Bakı şəhəri

İş qrafiki: 5 günlük iş həftəsi (iş saatları 09:30 - 18:00)

Əmək haqqı: 800-1000 AZN

Nahar: Şirkət tərəfindən ödəniş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.