Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Satışa çıxarılacaq yeni məhsulun keyfiyyət standartlarına uyğunluğunun təmin olunmasına nəzarət etmək;
  • Hazır məhsulun keyfiyyətinə nəzarət etmək;
  • İaşə obyektinə daxil olan material və məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanılması;
  • Şöbələrə gələn Ət və Toyuq məhsullarının baytarlıq arayışlarının,  dəniz məsullarının qida sənədinin istənilməsi və arxivlənməsi, hər hansı uyğunsuzluq olduğunda rəhbərliyə bildirilməsi;
  • Personal heyəti, Məhsul və Müəssisə (restoran) sanitar-gigiyenik normalarının təqdim edilməsi və uyğunluğuna nəzarət etmək;
  • Təyin olunmuş restoran daxili standartların sahələr üzrə gedişatına birbaşa nəzarət edilməsi;
  • İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, Sahələrdə (mətbəx, şirniyyat və içəcək, salon) risk analizlərinin aparılması;
  • Həftəlik gələn müştəri şikayətlərinin analizi və hesabatının hazırlanması;
  • Reseptlərdə dəyişikliklər olduğu zaman yoxlanılması və təsdiqinin təmin edilməsi; 
  • İş təlimatlarına və standartlara əsasən analiz və yoxlamaların aparılması;
  • Standartların tələblərinə uyğun sənədləşmə proseslərinin təqib edilməsi;
  • Aidiyyatı şöbələrdə təlimlərin keçirilməsi;
  • Şöbələrdə hazırlanmış GMP check listiylə yoxlamaların keçirilməsi və nəticələri barədə məlumatların yazılı olaraq rəhbərliyə bildirilməsi;
  • Haccp sisteminin tətbiqinə nəzarət etmək;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların hazırlanıb təqdim edilməsi;

Namizədə olan tələblər:

  • Ali təhsil (Qida mühəndisliyi üzrə arzu olunandır);
  • Müvafiq sahədə ən azı 2-3 illik iş təcrübəsinə malik olmaq;
  • Kompüter bilikləri (MS Office);(excell biliyi mütləqdir)
  • Problem və konfliktləri həll etmə bacarığı;
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləmə bacarığı;
  • Operativ, gördüyü işə cavabdehlik;
  • Yaş həddi: 25-30 arası;

İş qrafiki: həftədə 5 gün 09:30-18:00, şənbə günu 10:00-14:00

Nahar şirkət tərəfindən qarşılanır.

Əmək haqqı: 700-900 azn

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.

*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq