Əməliyyatlar üzrə mütəxəssis (baş ofis)

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 02.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təhvil nöqtələrindən son istehlakçıya qədər bütün əməliyyat zəncirində mükəmməlliyin təmin edilməsi üçün müvafiq işlərin görülməsində iştirak etmək;
  • Ölkə daxilində səmərəli çatdırılma əməliyyatlarının qurulmasında və saxlanması ilə bağlı tapşırıqları icra etmək;
  • Biznesin genişlənməsinə imkan verən, əməliyyatı səmərəlilik və gəlirliliyə yönəldən biznes proseslərin yaradılması və təkmilləşdirməsi ilə bağlı tapşırıqları icra etmək;
  • Çatdırılma prosesi ilə bağlı aidiyyatı digər struktur bölmələr ilə lazım gəldikdə danışıqlar aparmaq və ortaya çıxmış blok nöqtələrinin aradan qaldırılması üçün müvafiq işlər görmək;
  • Cədvəllərə və marşrut planlarına uyğun olaraq kuryerlərə iş bölgüsünün həyata keçirilməsində çatdırılma üzrə koordinatoru əvəz etmək;
  • Anbar əməliyyatlarına dair bütün işlərin sistemə işlənməsində, mal qalıqlarını dövri olaraq yoxlanmasında anbardarı əvəz etmək;
  • Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsində anbardarı əvəz etmək;
  • Yüklərin qabaqcadan sifarişlər və istiqamətlər üzrə komplektləşdirilməsini təşkil edilməsində anbardarı əvəz etmək.

Tələblər:

  • Ali təhsil;
  • Əməliyyatların idarə edilməsi sahəsində  minimum 1 illik iş təcrübəsi, təcrübənin qlobal çatdırılma şirkətlərinin yerli nümayəndəliklərində olması əlavə üstünlükdür;
  • Azərbaycan dilini səlis bilmək vacib, Rus və ya  İngilis dillərindən birini bilmək üstünlükdür;
  • MS Office proqramlarından sərbəst istifadə etmək (Excel biliklərinin yaxşı olması üstünlükdür);
  • Data analitika və data vizualizasiya bacarıqlarının olması üstünlükdür;
  • Şifahi və yazılı ünsiyyətqurma bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, detallara fikir vermək bacarığı;
  • Hesabatlarla işləmək bacarığı;
  • İş qrafiki: 09:00- 18:00
  • İş yeri: BE Baş ofis

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Əməliyyatlar üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi