Təftiş və Nəzarət Şöbəsinin Kiçik Mütəxəssisi

  • SƏBA
  • Elanın qoyulma tarixi: 30.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • İqtisadiyyat, maliyyə və ya əlaqəli sahədə ali təhsil
  • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi
  • MS Office proqramları üzrə biliklər
  • Orta səviyyədə İngilis dili biliyi
  • Analitik düşünmə qabiliyyəti

Əsas vəzifə öhdəlikləri:

  • İllik Təftiş planınına uyğun təftiş prosedurlarını həyata keçirmək;
  • Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı yoxlamaların həyata keçirilməsində yardımçı olmaq;
  • Müəssisədaxili qaydaların icra vəziyyətinin, struktur bölmələrin əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının təftişinin aparılmasında iştirak etmək;
  • Vəzifə mahiyyətinə aid olan digər tapşırıq və vəzifələri yerinə yetirmək.

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.

CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq. 

CV-lərin təqdim edilməsi üçün son tarix 17 İyun 2022.

Email: [email protected]