Əmək münasibətlərinin tənzimlənməsi şöbəsində mütəxəssis/aparıcı mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 25.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və bankdaxili qaydalara uyğun işçilərin qəbulu, yerdəyişməsi, kadrların ixtisasının artırılması və s. sənədlərin və əmrlərin rəsmiləşdirməsi;
  • Əmək kitabçalarının əmrlər əsasında yazılması;
  • Əmək müqavilələrinə bütün növ dəyişikliklərin rəsmiləşdirilməsi;
  • Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
  • İşçilərin şəxsi iş qovluqlarının formalaşdırılması;
  • Məzuniyyət planlaması prosesinin şirkət üzrə idarəedilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Ezamiyyət əmrlərinin rəsmiləşdirilməsi;
  • ƏMAS sistemi vasitəsilə yeni işçilərin əmək müqavilələrinin, əmək müqaviləsinə xitamının, vəzifə dəyişikliyinin və s. qeydiyyatının aparılması;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq istiqamətdə 2 il iş təcrübəsi;
  • Dil bilikləri:  Azərbaycan dili – sərbəst danışıq və yazı qabiliyyəti, Rus və İngilis dili bilənlərə üstünlük veriləcəkdir;
  • Excel biliyi səviyyəsi  - Yaxşı;
  • Məsuliyyət, diqqət, dəqiqlik;
  • Stressə davamlıq;
  • Səmərəli ünsiyyət qurmaq bacarığı;
  • Problemli halların idarəedilməsi bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “HR” qeyd etməklə öz CV-lərinizi elektron ünvana göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Email: [email protected]

İşəgötürənin reytinqi