Maliyyəçi-Analitik

  • AVICOM LLC
  • Elanın qoyulma tarixi: 25.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr və magistr dərəcəsi;
  • Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları; 
  • Minimum 5 il müvafiq sahədə peşəkar təcrübə;
  • Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları; 
  • Analitik və strateji baxış bacarıqları;
  • Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
  • Yüksək səviyyəli analitik bacarıqlar;
  • Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
  • MS Office kompüter proqramları biliyi.

İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.

Vəzifə öhdəlikləri:

  • İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
  • Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
  • Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
  • İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.
  • Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək

İş yerinə dair üstünlüklər (benefits):

  • Korporativ tibbi sığorta
  • Performansa dayanıq ekstra ödənişlər
  • Şəxsi inkişaf imkanları
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş şərtləri:

  • iş rejimi - həftədə 5 gün
  • iş saatları - 09.00-18.00
  • 1 saatlıq nahar fasiləsi

Namizədləri e-mailın mövzu hissəsində “Maliyyəçi” yazmaqla öz CV-i göndərməyiniz xahiş olunur. Email:  [email protected]